İslandiya millisinin üzvü Türkiyə klubunda - RƏSMİ

İslandiya millisinin üzvü Türkiyə klubunda - RƏSMİ

Türkiyənin “Adana Dəmirspor” klubu heyətinə yeni futbolçu qatıb. 

Fanat.Az xəbər verir ki, Superliqa təmsilçisi son klubu “Breşiya” olan Birkir Byarnasonu rənglərinə bağlayıb.   Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi 2 illik müqaviləyə imza atıb.   Byarnason İslandiya milli komandasında 98 oyunda 14 qol vurub. O, İtaliyada “Breşiya”, “Peskara”, “Sampdoriya”, İngiltərədə “Aston Villa”, İsveçrədə “Bazel” kimi klublarda oynayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər