İslamiadanın qalibi Avropa çempionatında medalsız qaldı

İslamiadanın qalibi Avropa çempionatında medalsız qaldı

Azərbaycan atleti Anna Skidan Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında dördüncü yeri tutub.

Fanat.Az xəbər verir ki, çəkicatma növündə çıxış edən 31 yaşlı idmançı 70,88 metr nəticə göstərib. Onun bu göstəricisi bürünc medalçıdan 70 sm geri qalıb.

Yarışın qalibi rumıniyalı Byanka Qelber (72,72 m) olub.

Qeyd edək ki, Anna Skidan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın ilk qızıl medalını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər