İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yarışda daha 3 medal qazanıb.
Taekvando üzrə yığmamızın üzvlərindən 57 kq-da yarışan Günay Ağakişiyeva yalnız finalda uduzaraq gümüş medalla kifayətlənməli olub. Türkanə Tahirli (46 kq) və Mikayıl Əliyev (54 kq) isə bürünc medal qazanıblar.
Beləcə, medallarımızın sayı 21-ə çatıb. Bundan əvvəl Rafael Ağayev, Ayxan Mamayev, Boris Kirilov, Yekaterina Sarıyeva, Hayle İbrahimov və karate yığmamız qızıl, Şahin Atamov, Niyazi Əliyev, Silviya Angelova, Əfqan Bayramov, İntiqam Zairov gümüş, Zülfüqar Süleymanov, Namiq Cəlilov, Dmitri Marşin, Layeş Abdullayeva, həmçinin Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhrəmanov üçlüyü bürünc, Yevgeni Lazuka həm gümüş, həm də bürünc medal qazanıb.