Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, 11 -ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 68-ə yüksəlib. Medallardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc əyyarlıdır.
Bu nəticə ilə ölkəmiz ümumi sıralamada əvvəlki kimi 4-cü pillədə qərarlaşıb.
İlk 3 mövqedə, müvafiq olaraq, Türkiyə (90 qızıl, 81 gümüş, 63 bürünc), Özbəkistan (40 qızıl, 28 gümüş, 44 bürünc) və İran (37 qızıl, 31 gümüş, 42 bürünc) qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 42-si mükafat qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 15 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), atıcılıq (1 gümüş) həndbol (1 gümüş), üzgüçülük (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc) və voleybolda (1 bürünc) əldə edib.