İslamiada: Azərbaycan medal sıralamasında irəlilədi

İslamiada: Azərbaycan medal sıralamasında irəlilədi

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, 9-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 43-ə yüksəlib. Bunlardan 13-ü qızıl, 15-i gümüş, 15-i bürünc əyyarlıdır.

Bununla Azərbaycan ümumi sıralamada Qazaxıstanı geridə qoyaraq 5-ci yerdən 4-cü pilləyə yüksəlib. İlk 3 mövqedə, uyğun olaraq, Türkiyə 169 (60 qızıl, 59 gümüş, 50 bürünc), İran 73 (27 qızıl, 23 gümüş, 23 bürünc) və Özbəkistan 63 (20 qızıl, 17 gümüş, 26 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 40-ı medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (2 qızıl), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), aerobika (1 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər