İslamiada: Millimiz yarımfinalda Türkiyəyə yenildi

İslamiada: Millimiz yarımfinalda Türkiyəyə yenildi

Türkiyənin Konya şəhərində V İslamiada keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan millisi (U-23) turnirin yarımfinalında Türkiyə yığması ilə qarşılaşıb.

Samir Əliyevin yetirmələri 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, seçməmiz daha öncə Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə məğlub olmuş, İranı darmadağın etmiş (3:0) və Mərakeşlə heç-heçəyə (2:2)  razılaşmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər