Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında ikinci tur keçirilib. Fanat.Az xəbər verir ki, baş tutan 4 matçda həm A, həm də B qruplarında çıxış edən komandalar meydana çıxıblar.
İlk oyunda Kamerunla qolsuz bərabərliyə razılaşan millimiz bu dəfə Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Turnirin əsas favoritlərindən olan afrikalılar qarşısında 1 xal alan Yaşar Vahabzadənin yetirmələri ikinci matçında qələbə qazanıblar. Əvvəlki matçda Mərakeşə uduzan ərəblər bu dəfə də millimizlə oyunda 2 qol qarşısında aciz qalıblar. Elşən Abdullayev və Ağabala Ramazanov millimizi liderliyə yüksəldiblər.
Qrupun digər oyununda isə Kamerun Mərakeşlə bərabərliyə razılaşıb.
B qrupunda isə Türkiyə Omana uduzub, Əlcəzair isə Fələstindən üstün olub.
İslamiada
Futbol
II tur
A qrupu
Kamerun - Mərakeş 1:1
Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0
Qollar: Elşən Abdullayev, 67. Ağabala Ramazanov, 80.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev
Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 7. Coşqun Diniyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli
Baş məşqçi: Yaşar Vahabzadə
1. Azərbaycan21102:04
2. Mərakeş21102:14
3. Kamerun20201:12
4. S.Ərəbistanı20020:30
B qrupu
Fələstin - Əlcəzair 0:1
Oman - Türkiyə 3:2
1. Əlcəzair22003:16
2. Oman21105:44
3. Fələstin20112:31
4. Türkiyə20023:50
Fanat.Az