İslamiada: Kişi basketbolçularımız da birinci oldu

İslamiada: Kişi basketbolçularımız da birinci oldu

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb. Komandamız aktivinə daha bir “qızıl” yazıdırıb.

 

Budəfəki mükafat da komanda idman növündə qazanılıb. Kişilərdən ibarət basketbol yığmamız (3x3) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Finalda Qətər millisi  ilə qarşılaşan Zaur Paşayev, Amil Həmzəyev, Orhan Aydın və Marşal Mosesdən ibarət komandamız 13:9 hesablı qələbəyə sevinib. Yarışın bürünc medallarını isə Türkiyə yığması qazanıb.

 

Qeyd edək ki, qadınlardan ibarət basketbol millimiz də turniri qızıl medalla başa vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər