İslamiada başladı: Türkiyə uduzdu, millimiz Kameruna qarşı

İslamiada başladı: Türkiyə uduzdu, millimiz Kameruna qarşı

IV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda keçiriləcək futbol yarışları ilə start verilib.

 

Fanat.Az xəbər verir ki, açılış matçı Səudiyyə Ərəbistanı və Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandaları arasında olub. Oyun Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə Türkiyə Əlcəzairə uduzub - 1:2.

A qrupunda yer Azərbaycan milli komandası isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gələcək. "Bayıl Arena"da keçiriləcək oyun saat 18:30-da başlayacaq.

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış edəcək idmançılar 20 növ üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaqlar.

 

İslamiada

Futbol

8 may 

A qrupu

Səudiyyə Ərəbistanı - Mərakeş 0:1

"Azal Arena".

18.30 Azərbaycan - Kamerun

"Bayıl Arena". 

B qrupu

Əlcəzair - Türkiyə 2:1

"Bayıl Arena".

 

16.30 Fələstin - Oman

"Azal Arena".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər