İslamiada: Azərbaycanın ikinci medalının əyarı dəqiqləşdi

İslamiada: Azərbaycanın ikinci medalının əyarı dəqiqləşdi

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarında taekvondo yarışlarının ilk gününü bürünc medalla başa vurub.

Fanat.Az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan Həşim Məhəmmədov yarımfinalda uduzaraq üçüncü yerlə kifayətlənib.

Bununla da Azərbaycanın İslamiadada qazandığı medalların sayı 2-yə çatıb. Ölkəmiz medal sıralamasında 1 qızıl və 1 bürünclə 8-cidir.

***

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını təmin edib.

Fanat.Az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən taekvondoçu Həşim Məhəmmədov BƏƏ və Pakistandan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib və beləliklə, ən azı bürünc mükafatı təmin edib. Finala vəsiqə uğrunda döyüşdə o, İran idmançısı ilə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan digər taekvondoçularımız isə medalsız qalıblar. Səyyad Dadaşov (54 kq) 1/4 finalda, Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər