İslamiada: Atletlər 2 medal qazandı

İslamiada: Atletlər 2 medal qazandı

Atletika yığmamızın uğurlu çıxışı davam edir. Atletlərimiz birdən-birə 2 medal qazanıblar.

 

Belə ki, üç təkanla tullanmada Nazim Babayev hamını qabaqlayıb. O, 17.15 metr uzununa tullanaraq, qızıl medala yiyələnib. Babayevin komanda yoldaşı Aleksis Kapello isə (16.90) “gümüş” qazanıb.

 

Bu növdə 3-cü yeri surinamlı Migel van Assen (16.64) tutub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər