İslam Qasımov: "Bu gün qızıl medal qismət deyilmiş"

İslam Qasımov: "Bu gün qızıl medal qismət deyilmiş"
"22 ildi ki, güləşirəm. İdmanda belə şeylər olur. Mən dünya və Avropa çempionu olmuşam. Mən də istərdim ki, Bakıda qızıl medal qazanım. Olmadı, deməli, bu gün qızıl medal qismət deyilmiş". Bu sözləri bu gün sambo "Bakı-2015" I Avropa Oyunlarında kişi samboçuların yarışlarında Azərbaycana gümüş medal qazandıran İslam Qasımov deyib.
Qasımov bu gün Azərbaycan sambçularının hamısının finalda məğlub olmasına da münasibət bildirib: “Rəqiblərin heç biri güclü deyillər. Sadəcə alınmayanda alınmır. Məsələn, finalda məğlub olduğum rəqiblə artıq üçüncü dəfədir güləşirdim. Bundan qabaq ona 2 dəfə qalib gəlmişəm”.
Qeyd edək ki, o, qızıl medal uğrunda görüşdə Rusiya samboçusu Aymergen Atkulova məğlub olub.//anspress
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər