"Betis"in 33 yaşlı yarımmüdafiəçisi və kapitanı İsko "Malaqa" ilə avqustun 9-da baş tutan mövsümöncəsi son yoldaşlıq görüşündə (3:1) zədələnib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı tibbi müayinənin nəticəsini açıqlayıb.
Ulduz futbolçunun sol fibula sümüyünün sındığı üzə çıxıb. Önümüzdəki həftələrdə İskonun müalicə alacağı və onun sağalmasının reabilitasiyanın keyfiyyətindən asılı olacağı vurğulanıb.
Tanınmış insayder Fabrizio Romano 33 yaşlı yarımmüdafiəçinin zədə səbəbindən təxminən 3 aya yaxın oynamayacağını açıqlayıb.
İsko ötən mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 12 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsinin müddət 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" futbolçunun bazar dəyərini 6 milyon avro qiymətləndirir.
Mirağa