"Betis"in yarımmüdafiəçisi İsko La Liqanın 23-cü turunun "Xetafe" ilə matçında (1:1) zədələnib.
Fanat.Az xəbər verir ki, 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən "Real Madrid"in sabiq futbolçusu oyunun sonuna yaxın sıradan çıxıb.
"Onda Cero" xəbər verir ki, İsko sol ayağının diz nahiyəsindən zədələnib və bir ay yarım-iki ay meydana çıxa bilməyəcək.
31 yaşlı futbolçu əməliyyat olunmayacaq, onun müalicə almasına qərar verilib.
İsko bu mövsüm 29 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Mirağa