İsko "Sevilya"dan getdi - RƏSMİ

İsko "Sevilya"dan getdi - RƏSMİ

"Sevilya" klubu ulduz futbolçusu İsko ilə yolları ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə Əndəlus klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yarımmüdafiəçi ilə müqaviləyə xitam verib. Səbəb açıqlanmasa da, İspaniya mətbuatı 30 yaşlı futbolçunun idman direktoru Monçi ilə ciddi münaqişə yaşadığını iddia edib.

"Real Madrid"də 9 mövsüm keçirən İsko keçən yay azad agent kimi "Sevilya"ya keçmişdi. O, komandanın heyətində meydana çıxdığı 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

İskonun Xulen Lopeteqinin çalışdırdığı "Vulverhempton"a keçəcəyi gözlənilir. Lopeteqi ulduz futbolçu ilə İspaniya millisi və "Real Madrid"dəki birgə işindən tanışdır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər