İsko "Real Betis"lə bağlı qərarını verdi

İsko "Real Betis"lə bağlı qərarını verdi

"Real Madrid"in sabiq yarımmüdafiəçisi, hazırda "Real Betis"də çıxış edən İsko Sevilya klubu ilə yeni  müqaviləsi bağlamağa razılaşıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.

Mənbənin məlumatına görə, tərəflər danışıqlar apararaq 2027-ci ilin yayına qədər müqavilə imzalamaq barədə razılığa gəliblər. 

31 yaşlı yarımmüdafiəçi ötən yay "Real Betis"ə keçib. Tərəflər arasında hazırki müqavilənin müddəti 2024-cü ilin iyunun sonunda başa çatır. 

İspaniya çempionatının bu mövsümündə İsko 17 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. 

La Liqanın 18 turundan sonra sevilyalılad 28 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər