"Real Madrid"i azad agent qismində tərk edən İsko karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı ispanın xidmətində "Roma" maraqlıdır.
Xəbərə görə, danışıqlar uğurla başa çatıb və "canavarlar" bu transferi gələn həftə tamamlayacaqlar.
Xatırladaq ki, "Real"a 2013-cü ildə "Malaqa"dan transfer olunan İsko paytaxt klubunda ümumilikdə 353 matça çıxıb. Bu qarşılaşmalarda 53 qol vuran İspaniya millisinin sabiq üzvü 56 məhsuldar ötürmə ilə də yadda qalıb. İsko "Real"ın heyətində 19 titul qazanıb.
Nihat