İsko ağır xəstəlikdən əziyyət çəkir - "Hər gecə bu həbi içməliyəm"

İsko ağır xəstəlikdən əziyyət çəkir - "Hər gecə bu həbi içməliyəm"

Zədəsini sağaltmaqla məşğul olan "Betis"in ulduz yarımmüdafiəçisi İsko səhhətində yaranan daha bir  problemdən əziyyət çəkir.

Fanat.Az xəbər verir ki, “Real Madrid”in keçmiş futbolçusu özü bu barədə "Marca" nəşrinə danışıb.  O, 2022-ci ildə “Sevilya”da oynadığı vaxt epilepsiya tutması keçirdiyini bildirib: “Epileptik tutma məni yuxuda yaxaladı. Bu, 2022-ci ildə baş verdi. Təxminən 4 gün xəstəxanada qaldım. İndi 4 ilə yaxındır hər gecə bir həb içməliyəm. Xoşbəxtlikdən tutmalar dayanıb”.

Xatırladaq ki, İsko ötən mövsüm 29 matçda 8 qol vurub, 5 məhsuldar ötürmə ilə La Liqanın aparıcı oyunçularından olub.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər