Futbol üzrə Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda aşağı liqa təmsilçisi “Ağrı 1970” ilə üz-üzə gəlib. Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda da hesab açılmadığından qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Nəticədə “Ağrı 1970” növbəti mərhələyə adlayıb – 5:4. Vüsalın adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. Baş məşqçi Taner Taşkın əsasən çempionatda az forma şansı qazanan futbolçuların özünü göstərməsinə şərait yaradıb.