İsgəndərlidən Albaniya çempionatında ilk qol

İsgəndərlidən Albaniya çempionatında ilk qol

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komanda 2-ci tur çərçivəsində "Kukesi"nin qonağı olub və 4:0 hesabı ilə qalib gəlib.

"Eqnatiya"nın 4-cü qolunu 58-ci dəqiqədə Vüsal İsgəndərli vurub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Bu, Vüsalın Albaniya çempionatında ilk qoludur.

"Eqnatiya" 3 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər