İsgəndərli Türkiyədə ilk qələbəsinə sevindi

İsgəndərli Türkiyədə ilk qələbəsinə sevindi

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Bandırmaspor"la qarşılaşıb.

Doğma meydanda baş tutan oyun “Boluspor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Vüsal start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.

"Boluspor" bu nəticədən sonra 26 xalla 9-cu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər