İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdi - FOTOLAR

İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdi - FOTOLAR

Sabiq futbolçu İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.

Fanat.Az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Cavadov Cavad İsgəndər oğlu idarə etdiyi 10 HB 009 dövlət qeydiyyat nişanlı, "BMW" markalı avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Cavadov yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozub.

Sürücü C.Cavadov inzibati məsuliyyətə cəlb edilib. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. C.Cavadov izahatı alındıqdan və cərimələndikdən sonra sərbəst buraxılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər