Lənkəranda, Heydər Əliyev mərkəzində Cənub RFF hesabat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, Regional Federasiyalar Birliyinin sədri, veteran futbolçu İsgəndər Cavadov, birliyin nümayəndəsi Füzuli Nəcəfov və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirovun iştirak etdiyi konfransa Cənub RFF təmsil edən 9 rayonun nümayəndələri qatılıb.
Son 5 ildə cənub bölgəsində görülən işlərin videoçarx formatında təqdimatından sonra regional federasiya rəhbərliyinə növbəti prezident seçkisi keçirilib və Sakin Məmmədzadə növbəti dəfə yekdilliklə növbəti 5 il üçün etimad qazanıb.
Xatırladaq ki, Cənub RFF bölgələr arasında ən aktiv federasiyalardan sayılır. Mirağa