Baş məşqçi Toni Pulisin başçına maraqlı hadisə gəlib. Fanat.az xəbər verir ki, uelsli mütəxəssis sabiq klubuna 2 milyon funt-sterlinq ödəyəcək.
Belə ki, Böyük Britaniyanın ən peşəkar və prinsipial mütəxəssislərindən hesab olunan Toni Pulis 2014-cü ildə "Kristal Palas"dan təklif alıb. Klub səhmlərinin yarısına sahib olan Stiv Pariş Premyer Liqanı tərk etmək üzrə olan komandanı xilas etmək üçün ondan yardım istəyib. Klub sahibi bildirib ki, "Kristal Palas" Premyer Liqada qalacağı halda ona 2 milyon funt-sterlinq verəcək.
Toni Pulis təklifi qəbul etdikdən sonra komanda onun rəhbərliyi altındakı ilk 11 oyunda cəmi 4 xal qazanıb. Lakin 8 oyunda qazanılan 5 qələbə və 2 heç-heçə komandanın mövsümü 11-ci sırada bitirməsi ilə nəticələnib. Bu səbəbdən Toni Pulisə vəd olunan 2 milyon funt-sterlinq ödənilib.
Lakin bu günlərdə klub məhkəməyə müraciət edərək pulu geri istəyib. Səbəb kimi isə baş məşqçinin işi 2 gün tez tərk etməsi göstərilib. Məhkəmə klubun iddiasını təmin edib. İndi Toni Pulis yarısı vergi olan bu pulu və məhkəmə xərclərini ödəməyə məcburdu.
Fanat.az