İsa Qəmbər Rəşad Sadıqovu təbrik etdi

İsa Qəmbər Rəşad Sadıqovu təbrik etdi

İsa Qəmbər milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovu təbrik edib. Fanat.az хəbər verir ki, Milli Məclisin və Musavat Partiyasının sabiq sədri "Facebook" hesabında futbolçuya təbrik yazıb: 

"Bu gün Azərbaycanın ən önəmli futbolçusu Rəşad Sadıqovun doğum günüdür. Təbrik edirəm! Hər zaman bu fotodakı kimi yüksəklikdə olsun!

P.S. Biz siyasətçilər kimi futbol mütəxəssisləri də həvəskarlardan məsləhət eşitməyə adət ediblər. Mən də bir həvəskar kimi dəyərli məşqçimiz Qurban Qurbanova məsləhət vermək istəyirəm. Bədavi Hüseynovu kənara satmasın, daha bir ucaboylu yaxşı mərkəz müdafiəçisi transfer etsin. Rəşad Sadıqovu isə yarımmüdafiənin mərkəzinə gətirmək lazımdır. O, bu mərhələdə meydanın mərkəzində daha faydalı ola bilər."

Xatırladaq ki, bu gün Rəşad Sadıqovun 33 yaşı tamam olur. Rəşad Sadıqov 16 iyun 1982-ci il də Bakıda anadan olub. 

İsa Qəmbər Rəşad Sadıqovu təbrik etdi

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər