İsa Qəmbər "Traktor Sazi"nin qələbəsinə münasibət bildirdi

İsa Qəmbər "Traktor Sazi"nin qələbəsinə münasibət bildirdi

"Təbriz Tirəxtur rəqibləri əzə-əzə çempionluğa doğru gedir."

Fanat.az xəbər verir ki, eks Müsavat başqanı İsa Qəmbər "facebook" səhifəsində Təbirizin "Traktor Sazi" klubunun növbəti qələbəsinə münasibət bildirib.

İsa Qəmbər qeyd edib ki, oyun maraqlı olub:"Təbriz Tirəxtur rəqibləri əzə-əzə çempionluğa doğru gedir. Uğurlar olsun!"

Qeyd edək ki, İran çempionatının 29-cu turunda Təbriz təmsilçisinin səfərdə Tehranın "İstiqlal" klubu ilə qarşılaşdığı oyunda 4:1 qələbə qazanıb. 29 turdan sonra aktivində 57 xal olan "Traktor Sazi" turnir cədvəlinə başçılıq edir.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər