Yamayka millisinin keçmiş saçılşıdırıcı Heymir Hallqrimsson İrlandiya yığmasının yeni baş məşqçisi vəzifəsinə təyin edilib.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hallqrimsson, keçən ilin noyabrında Stiven Kenninin gedişindən sonra vakant olan, daha doğrusu, bu vəzifəni müvəqqəti icra edən Con Oşini əvəz edəcək.
57 yaşlı mütəxəssis sentyabrda Millətlər Liqasında İngiltərə ilə qarşılaşacaqları zaman İrlandiya ilə ilk matçını keçirəcək.
Heymir Hallqrimsson iyun ayında Amerika Kubokunu tərk etdikdən sonra Yamayka baş məşqçisi vəzifəsindən istefa vermişdi. O, 2022-ci ildən Yamaykaya başçılıq edirdi.
Mirağa