Azərbaycan futboluna ayaq açan iranlıların say çoxluğu böyük müzakirələrə səbəb olmuşdu. Sonradan bu müdhiş sirrin üzəri açılmışdı. İranlıların Azərbaycanın kasıb klublarında oynamaqla ölkələrində əsgərlikdən yayındıqları ehtimal edilirdi.
Fanat.Az xəbər verir ki, artıq iranlı futbolçu yayılma coğrafiyalarını daha da genişləndirirlər. Artıq onlar Qazaxıstan çempionatında da özlərinə yer tapmaqdadılar.
Qazax həmkarlarımızla söhbətində "Kaspi" komandasının baş məşqçisi Askar Keldjanov heyətə İranın 3-cü liqasında çıxış etmiş futbolçu qatılacağını bildirib. Maraqlıdı ki, həmin futbolçunun adını çalışdırıcı özü də bilmir. Deməli, Azərbaycandakı siyasət Qazaxıstanda da davam etdiriləcək.
Fanat.Az