İranlı hücumçu İtaliya nəhənginə keçmək üzrədir

İranlı hücumçu İtaliya nəhənginə keçmək üzrədir

"Bayer Leverkuzen"in iranlı hücumçusu Sərdar Azmun karyerasını İtaliya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.

Xəbərə görə, 28 yaşlı forvardın xidmətində "Milan" maraqlıdır və futbolçunun özü İtaliya təmsilçisinə keçməyə can atır. Mənbə hazırda "qırmızı-qaralar"ın "Bayer"lə danışıq apardığını, lakin  tərəflərin hələ ortaq məxrəcə gəlmədiklərini vurğulayıb.

Qeyd edək ki, Azmunun Leverkuzen klubu ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Ötən mövsüm Almaniya klubunun forması ilə bütün turnirlərdə 33 matça çıxan Sərdar 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər