"Üç gün əvvəl İran çempionatında oyunlar keçirilmişdi. Futzalçılarımız yığmaya yorğun gəlmişdilər”. Fanat.Az xəbər verir ki, bu sözləri İran millisinin baş məşqçisi Mohammad Nazemalşarieh deyib.
Mütəxəssis millimizlə görüşdən sonra (3:3) oyunu və nəticəni dəyərləndirib: "Bir neçə gənc oyunçunu sınadıq. Müdafiədə kobud səhvlərə yol verdik. Bunun üzərində işləməliyik. İnanıram ki, Rusiya və Qazaxıstana qarşı daha yaxşı çıxış edəcəyik. Azərbaycan millisinin fiziki və taktiki cəhətdən güclü oyunçulardan qurulduğunu bilirdik. Belə səhvlərə yol vermək olmaz”.
Fanat.Az