İran Futbol Federasiyasının prezidenti Əli Kaffaşian Lionel Messi və Argentinadan üzr istəyib. Fanat.az xəbər verir ki, buna səbəb ulduz futbolçu və ölkəsinin təhqir olunması olub.
İranın DÇ-2014-ün püşkatmasında Argentina ilə eyni qrupa düşdüyünü öyrənən iranlılar "Facebook"da həm Messini, həm də ölkəsini təhqir ediblər. Federasiya prezidenti isə xalqı adından üzr istəyib: "Bəzi azarkeşlərimizin Messinin səhifəsinə yazdığı sözlər həqiqətən utancvericidi. İran Futbol Federasiyası adından Messidən üzr istəyirəm. Mənə doğum gününü söyləsə, onun üçün xüsusi bir hədiyyə göndərəcəm".
Fanat.az