"Bursaspor" baş məşqçisi Paul Le Quenlə yollarını ayırmağa hazırlaşır. Fanat.Az xəbər verir ki, artıq son turda "Qalatasaray"a 0:5 hesabı ilə yenilən fransız mütəxəssisin yerinə gələ biləcək məşqçilərin kimliyi də bəllidi.
Bunlardan biri dekabrda "Qalatasaray"dan kənarlaşdırılan İqor Tudodu. Onunla yanaşı, Safet Suşiç, Hikmet Karaman, Mustafa Reşit Akçay və hazırda "Bursaspor"da məşqçi işləyən Mustafa Erin adı siyahıya salınıb.
Fanat.Az