İPL: "Vest Hem"dən inamlı qələbə

İPL: "Vest Hem"dən inamlı qələbə

İngiltərə Premyer Liqasında (İPL) 27-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 1 görüş reallaşıb.

“Vest Hem” öz meydanında “Lester Siti” ilə qarşılaşıb. Oyun "çəkicdöyənlər"in inamlı qələbəsi ilə başa çatıb.

Hazırda İPL-in turnir cədvəlinə 67 xalı olan “Liverpul” başçılıq edir. “Arsenal” 54, “Nottingem Forest” 48, “Mançester Siti” 47, “Çelsi” 46, “Nyukasl” 44, “Bornmut” və “Brayton” 43, “Fulhem” və “Aston Villa” 42, “Brentford” 38, “Kristal Pelas” 36, “Tottenhem” və “Mançester Yunayted” isə 33 xal toplayıblar.

İngiltərə Premyer Liqası 27-ci tur 25 fevral

Brayton – Bornmut 2:1 Qollar: Joao Pedro, 12-pen. Uelbek, 75 – Kluyvert, 61.

Kristal Pelas – Aston Villa 4:1 Qollar: Sarr, 29; 71. Mateta, 59. Nketia, 90+1 – Rocers, 52.

Vulverhempton – Fulhem 1:2 Qollar: J.Qomes, 18 – Sessenyon, 1. R.Muniz, 47.

Çelsi – Sauthempton 4:0 Qollar: Nkunku, 24. Neto, 36. Koluill, 44. Kukurelya, 78.

26 fevral

Brentford – Everton 1:1 Qollar: Vissa, 45+4 – Obrayn, 77.

Mançester Yunayted – İpsviç Taun 3:2 Qollar: Morsi, 22-öz qapısına. De Liqt,  26. Maquayr, 47 – Filogen, 4; 45+2.

Nottingem Forest – Arsenal 0:0

Tottenhem – Mançester Siti 0:1 Qol: Holand, 12.

Liverpul – Nyukasl 2:0 Qollar: Soboslai, 11. Makallister, 63.

27 fevral

Vest Hem – Lester Siti 2:0 Qollar: Souçek, 21. Vesterqor, 43-öz qapısına.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər