İPL: "Nottingem Forest" öz meydanında uduzdu

İPL: "Nottingem Forest" öz meydanında uduzdu

İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, “Nottingem Forest” evdə “Brentford”la qarşılaşıb.

“Brentford” uğurlu mövsüm keçirən "meşəbəyilər"i rəqib meydanında inamla yenib.

Hazırda İPL-in turnir cədvəlinə 82 xalla çempionluğu sona 4 tur qalmış rəsmiləşdirmiş “Liverpul” başçılıq edir. “Arsenal” 67, “Nyukasl” 62, “Mançester Siti” 61, “Çelsi” və “Nottingem Forest” 60, “Aston Villa” 57, “Fulhem” və “Brayton” 51, “Bornmut” 50 xal toplayıb.

İngiltərə Premyer Liqası 34-cü tur 1 may

Nottingem Forest – Brentford 0:2 Qollar: Şade, 44. Vissa, 70.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər