İngiltərənin "Nottingem Forest" klubu Uels millisinin qapıçısını transfer edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Ueyn Hennessi ilə 2 illik müqavilə imzalayıb.
35 yaşlı uelsli ötən mövsüm "Bernli"də çıxış edib və Premyer Liqada cəmi 2 oyuna çıxıb.
O, bu tsikldə Uels millisinin heyətində 6 oyun keçirib, o cümlədən Avstriya (2:1) və Ukrayna (1:0) ilə 2022-ci il dünya çempionatına vəsiqə uğrunda matçlarda iştirak edib.
"Nottingem Forest" növbəti mövsümdən Premyer Liqada çıxış edəcək. Bu, 1998/1999 mövsümündən sonra ilk olacaq.
Mirağa