İPL klublarının heyətlərinin ümumi dəyəri 756 milyard avro artdı - Planetin ən bahalı komandası bilindi

İPL klublarının heyətlərinin ümumi dəyəri 756 milyard avro artdı - Planetin ən bahalı komandası bilindi

"Transfermarkt" portalı İngiltərə Premyer Liqasının (İPL) futbolçularının transfer qiymətlərini yeniləyib.

Fanat.Az-ın məlumatına görə, son yeniləmənin ardından İPL klublarının oyunçularının ümumi dəyəri 756,25 milyon avro artıb.

İndi İngiltərə çempionatında mübarizə aparan futbolçuların ümumi qiyməti 12,78 milyard avro təşkil edir. İPL bu göstəricidə La Liqanı (5,57 milyard avro) 2 dəfə qabaqlayır. Növbəti sırada isə İtaliya A Seriyası qərarlaşıb - 5,44 milyard avro.

Planetin ən bahalı komandası isə London "Arsenal"ıdır. "Topçular"ı (1,31 milyard avro) digər İngiltərə nəhəngi "Mançester Siti (1,21 milyard avro) təqib edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər