İngiltərənin "Kristal Pelas" və "Everton" klublarının keçmiş hücumçusu Yannik Bolasi bundan sonra Braziliya çempionatında oynayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, 34 yaşlı forvard Braziliya A Seriyasının debütantı, Santa Katarina ştatının çempionu "Krisium" ilə müqavilə imzalayıb. Konqodan olan futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Yannik Bolasinin son klubu İngiltərə Çempionşipindən "Suonsi" olub. O, Uels təmsilçisinin heyətində 12 matça çıxsa da, qol vurmayıb.
Mirağa