İngiltərə Premyer Liqasının mətbuat xidməti mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin adlarını ictimaiyyətə açıqlayıb.
Fanat.Az xəbər verir ki, 6 nəfərlik siyahı belədir:
Mikel Arteta ("Arsenal"); Roberto De Dzerbi ("Brayton"); Unai Emeri ("Aston Villa); Xosep Qvardiola ("Mançester Siti"); Eddi Hau ("Nyukasl"); Marku Silva ("Fulhem").
Qalib azarkeşlərin və futbol ekspertlərinin səsverməsinə əsasən müəyyənləşdiriləcək.
Qeyd edək ki, 2022/2023 mövsümünün sonuna 3 tur qalmış İngiltərə Premyer Liqasının turnir cədvəlinə "Mançester Siti" başçılıq edir. 35 matça 85 xal yığan "şəhərlilər" daha 3 xal toplasa, çempionluğunu rəsmiləşdirəcək.
Nihat