İPL-də mart ayının ən yaxşı baş məşqçisi bilindi

İPL-də mart ayının ən yaxşı baş məşqçisi bilindi

İngiltərə Premyer Liqasında (İPL) mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Fanat.Az sözügedən liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Nottingem Forest"in portuqaliyalı çalışdırıcısı Nunu Eşpiritu Santu bütün rəqiblərini qabaqlayıb.

İPL-də mart ayının ən yaxşı baş məşqçisi bilindi

"Meşəbəyilər" ötən ay onun rəhbərliyi altında çıxdıqları iki çempionat qarşılaşmasında qələbə qazanıblar. "Nottingem Forest" martda "Mançester Siti"ni və "İpsviç"i üstələyib.

Qeyd edək ki, Nunu Eşpiritu Santu 2023-cü ildən indiki postundadır. Nottingemşir qraflığının təmsilçisi hazırda 57 xalla turnir cədvəlinin 3-cü pillədə qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər