İPL: “Brayton” “Mançester Yunayted”i xalsız yola saldı

İPL: “Brayton” “Mançester Yunayted”i xalsız yola saldı

İngiltərə Premyer Liqasında 28-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, günün yeganə matçında “Mançester Yunayted” səfərdə “Brayton”la qarşılaşıb.

Meydan sahibləri əlavə olunmuş dəqiqələrdə penaltidən dəqiq yararlanmaqla “qırmızı şeytanlar” üzərində qələbə qazanıblar.

Hazırda 79 xala malik “Mançester Siti” vahid liderdir. “Arsenal” 78 xalla ikinci, “Nyukasl” 65 xalla üçüncüdür. “Mançester Yunayted”in 63, “Liverpul”un 59, “Tottenhem”lə “Aston Villa”nın 54 xalı var.

İngiltərə Premyer Liqası 28-ci turun oyunu 4 may

Brayton – Mançester Yunayted 1:0 Qol: Makallister, 90+9-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər