FIFA-nın prezidenti vəzifəsinə namizəd olan Niderlandın Kral Futbol İttifaqının rəhbəri Mixael van Praq və keçmişdə Portuqaliyanın məşhur yarımmüdafiəçisi Luiş Fiqu öz namizədliklərini İordaniya şahzadəsi Əli bin Əl-Husseynin xeyrinə geri götürə bilərlər.
Fanat.az xəbər verir ki, bu barədə "Arab News" xəbər yayıb.
Qeyd edək ki, digər namizəd FIFA-nın indiki prezidenti Yozef Blatterdi. Yeni rəhbərin seçkiləri mayın 29-da Sürixdə keçiriləcək.
Fanat.az