İtaliya çempionu "İnter" baş məşqçisi Simone İnzaqi ilə müqavilənin müddətini uzadacaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Martsio məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər 2026-cı ilin iyununa qədər müddətə nəzərdə tutulan yeni müqavilə imzalayacaqlar. Mütəxəssisin maaşı artırılaraq bonuslar nəzərə alınmadan, ildə 6,5 milyon avro olacaq.
Beləliklə, İnzaqi A Seriyasının ən çox maaş alan məşqçisi olacaq. O, “Napoli”nin illik 6 milyon avro alacaq yeni baş məşqçisi Antonio Kontedən çox qazanacaq. Buna qədər İnzaqinin maaşı 5,3 milıyon avro idi.
Qeyd edək ki, Simone İnzaqi 2021-ci ildən "İnter"ə rəhbərlik edir. Komanda 2023/2024 mövsümündə onun rəhbərliyi altında İtaliya çempionu olub. Bundan əlavə, mütəxəssis Milan klubu ilə iki dəfə ölkə kubokunu, üç dəfə isə Superkubokunu qazanıb.
Mirağa