İnyesta nəhayət, karyerasını başa vurdu - VİDEO

İnyesta nəhayət, karyerasını başa vurdu - VİDEO

"Barselona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta oktyabrın 8-də futbolçu karyerasını başa vuracağını açıqlayıb. 

Fanat.Az "Relevo"-ya istinadən xəbər verir ki, qeyd olunan tarix məqsədli şəkildə seçilib - İnyesta karyerasının çox hissəsində "8 nömrə" olub. 

40 yaşlı futbolçu artıq sosial şəbəkə hesabında bu barədə video yayımlayıb. İnyesta "Barselona" ilə 4 dəfə Çempionlar Liqasının qalibi, 9 dəfə İspaniya çempionu, 6 dəfə ölkə kubokunun qalibi olub. İspaniya millisinin heyətində isə o, dünya və Avropa çempionu tituluna yiyələnib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər