İnyesta ÇL-in favoriti saydığı iki komandanın adını açıqladı

İnyesta ÇL-in favoriti saydığı iki komandanın adını açıqladı

"Barselona"nın sabiq futbolçusu Andres İnyesta UEFA çempionlar Liqasının favoriti saydığı klubların adlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:

"Ən yaxşıların mübarizə apardığı turnirdə nələr yaşanacağını öncədən demək çox çətindir. Mən "Mançester Siti" və PSJ-ni ÇL-in qalibi adını qazanmağa əsas namizədlər sayıram. Möhtəşəm performansla diqqət çəkən başqa komandalar da var. Amma fasilədən sonra - fevralda onların hansı formada olacağını bilmirik. Məsələn, "Napoli" qrup mərhələsinin oyunlarında əla çıxışla diqqət çəkdi. Ardını gətirib-gətirməyəcəklərini zaman göstərəcək. Elə "Liverpul" və "Real Madrid"lə bağlı da hər şey qaydasındadır".

Qeyd edək ki, 1/8 finalda PSJ "Bayern Münhen", "Mançester Siti" "Layptsiq", "Napoli" isə "Ayntraxt", "Liverpul" isə "Real"la qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər