İnyesta gələcəyi ilə bağlı qərarını verdi - RƏSMİ

İnyesta gələcəyi ilə bağlı qərarını verdi - RƏSMİ

İspaniya millisinin əfsanəvi yarımmüdafiəçisi Andres İnyesta məşqçi olmaq qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, iki həftə əvvəl karyerasını bitirdiyini elan edən veteran futbolçu Asiya Futbol Konfederasiyasının məşqçilik kurslarına yazılıb.

Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

İnyesta gələcəyi ilə bağlı qərarını verdi - RƏSMİ Andresin təhsil prosesi Dubayda (BƏƏ) olacaq. Artıq start götürən kursun müddəti üç aydır.

İspan futbolçunun çıxış etdiyi son klub BƏƏ-nin “Emirates” klubu olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər