“İnter” azarkeşləri ilə polis arasında insident

“İnter” azarkeşləri ilə polis arasında insident

İtaliya çempionatının 23-cü turunun “Yuventus”la oyunundan sonra “İnter” azarkeşləri polisə hücum ediblər.

Fanat.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “San Siro” stadionu yaxınlığında azarkeşlər polisə yaxın məsafəli əldəqayırma partlayıcı qurğularla (kağıza bükülmüş barıt) hücum ediblər.

Nəticədə, polis maşınlarından birinə ziyan dəyib. Azarkeşlər həmçinin “Yuventus” azarkeşlərini daşıyan avtobusun altına fişənglər atıblar.

İtaliya polisi 50-yə yaxın “İnter” azarkeşini saxlayıb.

“İnter” “Yuventus”la matçda 1:0 hesablı qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər