İngiltərə millisinin "AVRO-2016" üçün ilkin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Roy Hocson heyətə 25 futbolçunun adını daxil edib.
İlkin heyətdə "Mançester Yunayted"in 18 yaşlı istedadlı futbolçusu Markus Raşford yer alıb. Əvəzində "Arsenal"ın ulduzu Teo Ualkott kənarda qalıb. Hocson bu mövsüm çempion "Lester"in heyətində parlayan Ceyme Vardi və Daniel Drinkvaterə də dəvət göndərib.
Milliyə ən çox oyunçu "Tottenhem"dən çağırılıb - 6. "Liverpul"un 5, "Mançester Siti" və "Mançester Yünayted"in 3, "Sautqempton" və "Lester"in 2, "Barnli", "Çelsi", "Everton" və "Arsenal" 1 üzvü siyahıda yer alıb.
Qeyd edək ki, İngiltərə Fransada keçiriləcək Avropa çempionatında Rusiya, Uels və Slovakiya ilə birlikdə B qrupunda mübarizə aparacaq.
Qapıçılar: Co Hart (Mançester Siti), Fraser Forster (Sautqempton), Tom Heaton (Barnli).
Müdafiəçilər: Danni Rose, Kile Valker (hər ikisi "Tottenhem"), Harri Kahill (Çelsi), Kris Smallinq (Mançester Yünayted), Rayan Bertrand (Sautqempton), Nataniel Kline (Liverpul).
Yarımmüdafiəçilər: Cordan Henderson, Adam Lallana, Ceyms Milner (hamısı "Liverpul), Erik Dier, Dele Alli, Andros Tovsend (hamısı "Tottenhem), Fabian Delp, Raheem Sterlinq (ikisi də "Mançester Siti"), Ross Barkley (Everton), Danni Drinkvater (Lester), Caş Uilşere (Arsenal).
Hücumçular: Markus Raşford, Ueyn Runi (ikisi də "Mançester Yunayted"), Harri Kin (Tottenhem), Ceyms Vardi (Lester), Daniel Sturridge (Liverpul).
Fanat.az