İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt komandanın yaxın gələcək üçün hədəfini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb.
“Biz komandanı növbəti 13 ay ərzində Avropanın ən yaxşısı olmağa çalışırıq. Bu, hər kəsdən fədakarlıq tələb edir. Bütün milli üzvləri oynamağa hazır olmalıdır. Kiminlə oynamağımızdan asılı olmayaraq, gündəlik məşq səviyyəsi pik həddə çatdırılmalıdır".
Qeyd edək ki, İngiltərə yığması AÇ-2024-ün seçmə mərhələsinə inamlı başlayaraq ardıcıl iki qələbə qazanıb. Sautqeytin komandası qrupda əvvəlcə İtaliyanı 2:1, dünən isə Ukraynanı 2:0 hesabı ilə yenərək liderliyi ələ keçirib. İngiltərə seçməsinin qrupunda Şimali Makedoniya və Malta yığmaları da yer alır.
Mirağa