Braziliyada dünya çempionatı həyəcanı davam edir. Fanat.az xəbər verir ki, bu gecə C və D qruplarında ikinci turun oyunları keçirilir.
Öncə C qrupunda Kolumbiya Kot`D-İvuarı sınağa çəkib. Cənubi Amerika təmsilçisi afrikalıları 2:1 hesabı ilə yenərək, qrup mərhələsindəki ikinci oyununu da qələbə ilə başa vurub.
Ardınca D qrupunun oyunu baş tutub və İngiltərə Uruqvayla üz-üzə gəlib. Bu oyunda da 2:1 hesabı qeydə alınıbg İlk turda gözlənilmədən Kosta Rikaya qalib gələn Uruqvay qələbəni bayram edib. Maraqlıdı ki, cənubi amerikalıların hər iki qoluna "Liverpul"un forvardı, İngiltərə Premyer Liqasının bombardiri Luis Suares vurub.
Qeyd edək ki, bu gecə daha bir oyun baş tutacaq. Gecə saat 03.00-da C qrupunun ikinci matçı keçiriləcək və Yaponiya Yunanıstanla görüşəcək.
DÇ-2014
Qrup mərhələsi
19-20 iyun
C qrupu
Kolumbiya - Kot`D-İvuar 2:1
Qollar: Ceyms Rodriqes, 64. Xuan Quyntero, 70 - Gervinyo, 73.
Kolumbiya: Davi Ospina, Kristian Sapata, Mario Yepes (k), Karlos Sançes, Pablo Armero (Santiaqo Arias, 72), Abel Aqilar (Aleksander Meyia, 79), Teofilio Quterres, Ceyms Rodriges, Xuan Kuadrado, Viktor İbarbo (Xuan Quyntero, 53), Xuan Kamilo Suniqa.
Ehtiyat oyunçular: E: Kamilo Varqas, Fərid Mondraqon, Eder Balanta, Karlos Valdes, Karlos Karbonero, Fredi Quarin, Adrian Ramos, Cekson Martines.
Baş məşqçi: Jose Pekerman.
Kot`D-İvuar: Barri Kopa, Artur Boka, Didye Zokora, Tyote Şeyk, Gervinyo, Vilfrid Boni (Didye Droqba, 60), Maks Qradel (Salomon Kalu, 67), Serge Auryer, Yaya Ture (k), Di Serey (Matis Bolli, 73), Suleyman Bamba.
Ehtiyat oyunçular: Silvain Qbohouo, Sayuba Mande, Ousmane Viera, Kolo Ture, Jean-Daniel Akpa-Akpro, İsmael Diomande, Konstant Cakpa, Covanni Sio.
Baş məşqçi: Sabri Lamouçi.
Sarı vərəqələr: Didye Zokora, 55. Tyote Şeyk, 90).
Hakimlər: Hovard Uebb, Mixael Mullarkey, Darren Kann (İngiltərə), Viktor Hüqo Karrillo (Peru).
Braziliya. “Nasional" stadionu.
| 1 | Kolumbiya | 2 | 2 | 0 | 0 | 5:1 | 6 |
| 2 | Kot`D-İvuar | 2 | 1 | 0 | 1 | 3:3 | 3 |
| 3 | Yaponiya | 1 | 0 | 0 | 1 | 1:2 | 0 |
| 4 | Yunanıstan | 1 | 0 | 0 | 1 | 0:3 | 0 |
D qrupu
Uruqvay - İngiltərə 2:1
Qollar: Luis Suares, 39; 85 - Ueyn Runi, 75.
Uruqvay: Fernando Muslera, Dieqo Qodin (k), Kristian Rodriges, Maria Ximenes, Maksimilyano Pereyra, Arevola Rios, Alvaro Qonzales (Xorxe Fukile, 79), Nikolas Lodeyro (Kristian Stuani, 67), Edinson Kavani, Martin Kasares, Luis Suares (Sebastian Koates, 88).
Ehtiyat oyunçular: Rodriqo Munoz, Martin Silva, Dieqo Luqano, Maksi Pereyra, Valter Qarqano, Dieqo Perez, Qaston Ramires, Abel Hernandes, Dieqo Forlan.
Baş məşqçi: Oskar Tabares.
İngiltərə: Co Hart, Qlen Conson, Leyton Beyns, Stiven Cerard (k), Hari Kehill, Pil Caqelka, Ueyn Runi, Daniel Sturridge, Danni Uelbek (Adam Lallana, 71), Cordan Henderson, (Rikki Lambert, 87), Rahim Sterlinq (Ross Barkley, 64).
Ehtiyat oyunçular: Ben Foster, Fraser Forster, Kris Smallinq, Pil Yones, Luke Şav, Jak Uilşere, Frank Lempard, Aleks Çamberlain, Ceyms Milner.
Baş məşqçi: Roy Hocson.
Sarı vərəqələr: Dieqo Qodin, 9 - Stiven Cerard, 68.
Hakimlər: Karlos Velasko Karbalyo, Roberto Alonso, Xuan Karlos Yuste (İspaniya), Əlirza Fəqani (İran).
San-Paulo. “Arena Korintians”.
| 1 | Kosta Rika | 1 | 1 | 0 | 0 | 3:1 | 3 |
| 2 | İtaliya | 1 | 1 | 0 | 0 | 2:1 | 3 |
| 3 | Uruqvay | 2 | 1 | 0 | 1 | 3:4 | 3 |
| 4 | İngiltərə | 2 | 0 | 0 | 2 | 2:4 | 0 |
Fanat.az