"AVRO-2016"nın hazırlıqlarını davam etdirən Türkiyə millisi yoxlama matçında İngiltərə yığması ilə qarşılaşacaq.
Fanat.az xəbər verir ki, "Siti of Mançester" stadionunda baş tutacaq qarşılaşmanı idarə edəcək hakimlər də bəlli olub.
Belə ki, sözügedən oyunda Deniz Aytekin fit çalacaq. Əslən türk olan Almaniya vətəndaşına Quido Kleve ve Mike Pickel yardım edəcək.
Qeyd edək ki, oyun 22 mayda, saat 20.15-də start götürəcək.
Fanat.az